Avropa Peşəkar Görüntüləmə və Audio Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu seçib. SİA xəbər verir ki, ekspertlər sözügedən smartfonu bazarda təqdim edilmiş bütün modellər arasında "ən qabaqcıl, innovativ və texniki cəhətdən mükəmməl" adlandırıb. “Leica” şirkətinin istehsalı olan intellektual tənzimləmə sisteminə malik üç qat kamera xüsusi diqqət çəkir.

Təşkilatın nümayəndələri, həmçinin ən yaxşı ucuz telefonun adını da açıqlayıb. Bu, “NOA Element N10” modeli olub.

EISA 19 ölkədən audio və videotexnika sahəsində 50-yə yaxın ixtisaslaşmış nəşri özündə birləşdirir. "EISA Awards" mükafatı hər il müstəqil ekspertlərin qərarı əsasında təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə