Dünyanın ən məşhur proqramı olan “Whatsapp” öz istifadəçilərinə daha bir yenilik təqdim edib. SİA The Verge nəşrinə istinadən xəbər verir ki, “Whatsapp” istifadəçiləri artıq qrup şəklində səsli və görüntülü danışıqlar zənglər edə biləcəklər.

“Bizim istifadəçilərimiz gün ərzində zənglərə iki milyarddan çox dəqiqə vaxt sərf edirlər. Artıq bu gündən etibarən istifadəçilərimizə “Whatsapp”da qrup şəklində səsli və görüntülü zənglərin mümkün olduğu xəbərini verməyə şadıq” – proqramın təsisçiləri bildirib.

Bu cür zənglərdə bir qrupda dörd nəfərə qədər insan iştirak edə biləcək. Bu yeni funksiyadan istifadə üçün bir nəfərə zəng edib daha sonra proqramın sağ yuxarı küncündə “İştirakçı əlavə et” düyməsinə basmaq lazımdır. Beləliklə siz digər şəxslərə də zəng edərək birgə müzakirələr apara biləcəksiniz.

Qeyd edək ki, bu yeni imkandan İOS və Android sisteminin bütün istifadəçiləri yararlana biləcək. Bunun üçün sadəcə proqram təminatını yeniləmək lazımdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...