Fərdi kompüterlərin satışında ilk dəfə artım olub

“Gartner” analitik şirkəti 2018-ci ilin ikinci rübü üçün dünyada kompüterlərin satış həcmi üzrə hesabat dərc edib. Hesabata görə, bu rüb fərdi kompüterlərin satışında son 6 il ərzində ilk dəfə artım qeydə alınıb. “Ferra” resursu bildirir ki, ümumilikdə dünyada 62,1 milyon kompüter satılıb. Bu, 2017-ci ilin ikinci rübü ilə müqayisədə 1,4 faiz çoxdur. Lakin analitiklər bildirir ki, bazarın səviyyəsi fərdi kompüter sənayesinin bərpa olunduğunu demək üçün kifayət qədər stabil deyil. Statistikada həm fərdi kompüterlər və noutbuklar, həm də “Microsoft Surface” kimi hibrid planşetlər nəzərə alınıb.

Reytinqdə birinci yeri “Lenovo” şirkəti tutub. Çin istehsalçısının nəticələrinə “Fujitsu” ilə birgə müəssisənin göstəriciləri də daxildir. Şirkət 13,6 milyon fərdi kompüter satıb. Bu, ötən illə müqayisədə dünya bazarında 21,9 faiz paya və 10,5 faiz artıma bərabərdir.

İkinci yerdə 13,59 milyon satılan fərdi kompüter və 21,9 faiz payla “HP”, üçüncüdə isə müvafiq olaraq 10,46 milyon və 16,8 faiz göstərici ilə “Dell” şirkətləri qərarlaşıb.

Liderlər beşliyini “Apple” (4,4 milyon və 7,1 faiz) və “Acer” istehsalçıları (3,97 milyon və 6,4 faiz) tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...