“Bank of Baku” və Bakcell “Ulduzum”dan xaricə səyahət!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bank of Baku və Bakcell “Ulduzum”dan xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir.

18 may-18 avqust 2018-ci il tarixlərini əhatə edəcək lotereya “Bank of Baku”nun xidmətlərindən faydalanan bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub. Belə ki, lotereya çərçivəsində 1 nəfər “Bakcell” abunəçisi olan “Bank of Baku” müştərisi qalib olaraq seçiləcək və uduş fondunun əsas hədiyyəsi olan Dubaya 1 nəfərlik səyahət qazanacaq. Uduş paketinə Bakı-Dubay-Bakı istiqaməti üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün qalmaq haqqı, hava limanından otelə və oteldən hava limanına transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi isə “iPhone” mobil telefonuna sahib olacaq. Digər iştirakçıları isə bol-bol hədiyyələr gözləyir.

Lotereyada iştirak hüququ qazanmaq üçün Bakcell abunəçiləri “BOB” sözünü 5555 nömrəsinə SMS vasitəsilə göndərməlidir (SMS pulsuzdur). Cavab SMS-i vasitəsilə abunəçiyə müvafiq “Ulduzum” kodu göndəriləcək. Qeyd edək ki iştirakçı tərəfindən əldə edilən kod yalnız bir dəfə istifadə edilə bilər. Gün ərzində hər bir abunəçi 10 dəfə kod əldə edə bilər və hər bir kodun etibarlılıq müddəti 24 saat təşkil edir. Belə ki, abunəçi əldə olunmuş “Ulduzum” kodunu “Bank of Baku”nun istənilən filialında təqdim etməklə, bankın aşağıdakı xidmətlərindən istifadə zamanı müvafiq hədiyyə və lotereya şansları qazanacaq:

* 20.000 AZN-dək nağd pul krediti götürüldükdə 100 şəbəkədaxili dəqiqə və 300 meqabayt İnternet, illik faiz dərəcəsinə 5% endirim və 3 lotereya şansı;

* “Bolkart” kredit kartı ilə 100 AZN-dən çox alış-veriş etdikdə 100 şəbəkədaxili dəqiqə və 200 meqabayt İnternet və 1 lotereya şansı;

* Bankın ödəniş terminalları vasitəsilə təcili pul köçürmələri etdikdə, 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı;

* “Bolkart” debet kartı əldə etdikdə 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı qazanacaq.

Lotereyanın əsas qalibləri 21.08.2018-ci il tarixində avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən ediləcək.

“Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” stimullaşdırıcı tirajlı lotereyanın şərt və qaydaları haqqında ətraflı məlumatla www.ulduzum.az səhifəsinə daxil olmaqla və ya Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə tanış ola bilərsiniz.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və

Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidmətini təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...