“Bakcell”in “İmzalı zəng” xidməti ilə özünü təqdim et!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti ölkənin mobil rabitə xidmətləri istifadəçilərinə innovativ xidmətlər təqdim edir.

Yeni istifadəyə verilən “İmzalı zəng” xidməti vasitəsilə siz özünüzü zəng etdiyiniz şəxslərə nömrəniz onların ünvan kitabçasında olmasa belə tanıda biləcəksiniz. Belə ki, zəng etdiyiniz şəxs təkcə nömrənizi yox, sizin imzanızı da görəcək.

Bu xidmətdən həm fərdi həm də korporativ abunəçilər yararlana bilər. Korporativ abunəçilər imza xidmətindən özünü ilk zəngdən potensial müştərilərə tanıtmaq üçün, fərdi abunəçilər isə zəngi qəbul edən şəxsə öz əhvalını ifadə edə və yaxud maraqlı bir ismarış göndərmək üçün istifadə edə bilərlər. Beləliklə, yeni xidmət sayəsində zənglər daha əyləncəli və maraqlı olacaq.

Xidməti aktivləşdirmək üçün seçdiyiniz imza mətnini yazıb SMS vasitəsilə 5111 qısa nömrəsinə göndərmək kifayətdir (fərdi abunəçilər üçün 1 SMS-in qiyməti 10 qəpik, korporativ abunəçilər üçün SMS pulsuzdur). Təsdiq mesajı aldıqdan sonra xidmətdən rahat şəkildə istifadə edə bilərsiniz. Öz imzanızı zəng etdiyiniz şəxsə göstərmək üçün yığdığınız nömrənin əvvəlində *5* yığın. “İmzalı zəng” xidmətinin istifadə haqqı CİN və Klass abunəçiləri üçün hər zəngə görə 0.10 AZN (ƏDV daxil), korporativ abunəçilər üçün isə ayda 1.99 AZN (ƏDV daxil) təşkil edir. "İmzalı zəng" zamanı bütün danışıqlar abunəçinin cari tarifinə uyğun hesablanır.

Qeyd edək ki bu xidmət ölkə daxilində və yalnız Bakcell nömrələrinə zəng üçün istifadə edilə bilər. İmzada qeyd edilən mətnə görə (yəni öz adını necə qeyd etməsi) üçün məsuliyyəti tam olaraq abunəçi özü daşıyır. Xidmət barədə daha ətraflı məlumat https://www.bakcell.com/az/call_signature səhifəsindən əldə oluna bilər.

İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün yeni və maraqlı xidmətlər göstərməyə davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi

də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə