YouTube 2017-ci ilin son rübündə yüklənən cəmiyyətin hüquqlarını pozan 8.3 milyon videonu silib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silinən videolar müxtəlif spamların yayılması, ekstremist ideyaların təbliğinə xidmət edirmiş. YouTube 6.7 milyona yaxın video rolkdə süni intellekt aşkarladığı üçün onları silib.

Qeyd edək ki, ötən il servisə qəbul olunan videolarla bağlı tənqidi fikirlərin sayı əhəmiyyətli dərəcədə çox olub. Belə ki, bu videolar cəmiyyətin hüquqları ilə yanaşı, bir sıra ölkələrin qanunlarını açıq şəkildə pozub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə