“AppLab” proqramının iştirakçıları gənc developerin uğur hekayəsini dinləyib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün innovativ “AppLab” inkişaf və inkubasiya proqramının iştirakçıları ilə ölkənin ən uğurlu gənc developerlərindən və startap yaradıcılarından biri olan Toğrul Səmədin görüşünü təşkil edib.

Toğrul Səməd və onun komandası 21 ölkə üzrə “Appstore”nin “Ən yaxşı yeni oyunlar” kateqoriyasına daxil edilmiş və “Google Play”də 5 milyon dəfədən çox yüklənmiş məşhur “Fatal Fight” mobil oyununun müəllifidir. Qısa bir vaxt ərzində populyarlaşan oyun sonradan “İtech Media Solutions” şirkətinə satılıb və Çinin Android marketində (TapTap) “Top 1” mobil oyun adına layiq görülüb.

Toğrul Səməd həmçinin “Buglance” crowdtesting platforması və “Tado Cafe” kimi digər uğurlu startapların müəllifidir.

“AppLab” mərkəzindəki görüş zamanı Toğrul öz uğur hekayəsini danışıb və gənclərə uğurlu startapın və biznesin başlanılması və idarə edilməsinə dair mühüm tövsiyələr verib.

Xatırladaq ki, “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test”

(sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə