Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

2018-ci ildə “Qarşılıqlı hörmət mühiti yaratmaq: daha yaxşı internet sizinlə başlayır” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 6-sına təsadüf edir. Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq, hər il fevral ayında qeyd olunur. Əsas məqsəd təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Həmin gün “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil edilir. Burada internetdə təhlükəsizliyin təmin edilməsi haqqında məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə