Bakcell-dən korporativ müştərilər üçün misilsiz smartfon kampaniyası!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edir.
Yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etməkməqsədilə Bakcell onlara ən son model smartfonları hissə-hissə ödənişləəldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə “Bakcell”dən ən son model “Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və “Samsung” (Galaxy S8, Galaxy S8 Plus vəGalaxyNote 8)smartfonlarına sahib ola bilərlər. Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır. Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə“Bakcell”dənşəbəkədaxili zənglər üçün 3000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1000 dəqiqə, 5 Gb İnternet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu misilsiz fürsətdən yararlanan abunəçilər “WhatsApp”əlavəsindən PULSUZ istifadə edəcəklər.
20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara istənilən növ mobil telekommunikasiya xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə daha təhlükəsiz və etibarlı rabitə təqdim etməklə, daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.
Qeyd edək ki, bu kampaniya xüsusi olaraq “Bakcell”in yeni və mövcud korporativ “Biznes” abunəçiləri üçün yaradılıb. “Bakcell biznes” abunəçiləri müvafiq nümayəndələrlə (kuratorlarla) əlaqə saxlayıb bu kampaniyadan yararlana bilərlər. Kampaniyaya və Bakcell ailəsinə qoşulmaq istəyən şirkət və qurumlar isə (012) 498 89 89 nömrəsinə zəng etməklə və yabusiness@bakcell.com elektron ünvanına məktub göndərməklə“Bakcell biznes” ailəsinə qoşulmaq, misilsiz biznes tarif paketləri, təkliflər və kampaniyalardan yararlanmaq imkanları barədə ətraflı məlumat ala bilərlər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə