Ucuz avtomobil hazırlamaq üçün lif yaradılıb

ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçılar qrupu tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb. SİA-nın xəbərinə görə, alimlər güman edirlər ki, bu, ucuz avtomobilləri hazırlamaq, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcək.

Karbon lif poladdan beş dəfə daha möhkəm və yüz dəfə yüngül olduğundan, bu materialın istifadə olunduğu avtomobillər əvvəlkilərlə müqayisədə az yanacaq sərf edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə