“WhatsApp” gələn ildən köhnə smartfonları dəstəkləməyəcək

“WhatsApp” messenceri yanvarın 1-dən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə “International Business Times” nəşri məlumat verib.

Life.ru saytı xəbər verir ki, messencer “Nokia S40” smartfon modelini, 2020-ci ilədək isə “Android 2.3.7” sistemli (həmçinin sonrakı versiyalar) smartfonları dəstəkləməyəcək. Bu prosesin tədricən həyata keçiriləcəyinə baxmayaraq, qurğu istifadəçiləri bir sıra funksiyalardan məhrum olacaqlar.

Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə