Dünyanın ən kiçik mobil telefonu TƏQDİMAT

"Clubit New Media" şirkəti kiçikölçülü "Zanco Tiny T1" mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur. Kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.

"Zanco Tiny T1" mobil qurğusunun ölçüləri 46,7x21x12 millimetr təşkil edir. Nano formatlı SİM-kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək kontaktı, 50 SMS mesaj və 50 daxil olan/çıxan zəngi yadda saxlamaq imkanına malikdir.

Aparat 12,5 millimetrlik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya "2G" üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir.

"Zanco Tiny T1" mobil qurğusunu "Kickstarter" platformasından 30 funta sifariş etmək olar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...