Amerikalı texnologiya sahibkarı Bryan Conson Kernel, insan beyninə nəql ediləcək mikroçip üzərində çalışır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu şəkildə yaradılacaq olan "beyin kompüteri interfeysi" insanlar arasında "telepatik" əlaqəni təmin edəcək.

Ötən ay Lissabonda keçirilən sammitdə çıxış edən 40 yaşlı Conson bildirib ki, yeni texnologiya ilə insanların yaddaşını inkişaf etdirmək, beyinlər arasında ünsiyyət qurmaq mümkün olacaq.

Amerikalı sahibkar hesab edir ki, mikroçiplərin beynə istifadəsi 15-20 il ərzində yayıla bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə