“Huawei” şirkəti 5G şəbəkəsinin sınağını keçirib

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsinin (5G) dünyada ilk satış öncəsi sınağını keçirib. Cənubi Koreyanın “LG U+” mobil operatoru bu layihədə şirkətin tərəfdaşı qismində çıxış edib.

Paytaxt Seulda yoxlanılmış şəbəkə 3,5 QHs və 28 QHs diapazonlarında işləyən baza stansiyalarından ibarətdir. Sınaqlar zamanı məlumatların maksimum ötürmə sürəti 20 Qbit/s təşkil edib.

5G texnologiyasına əsaslanan “IPTV 4K” xidməti “5G”-avtobusda sınaqdan keçirilib. Bundan başqa, 20 Mbit/s-dən 100 Mbit/s-dək diapazonda məlumatların ötürülməsi sürətini tələb edən virtual reallıq dronu nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə