Şirkət saytlarında “Facebook Messenger”dən istifadə mümkün olacaq

“Facebook” sosial şəbəkəsinin mütəxəssislər qrupu Lissabonda keçirilən “Web Summit” tədbirində yeni “Customer Chat Plugin” funksiyasını əlavə edən “Messenger 2.2” platformasını nümayiş etdirib. Yeni funksiya şirkət saytlarında “Facebook Messenger” funksionallığından istifadəyə imkan verəcək. SİA xəbər verir ki, sosial şəbəkə artıq “Customer Chat Plugin” funksiyasının qapalı beta testinə başlayıb. Hazırda sınaq proqramında 12 şirkət iştirak edir, eyni zamanda, digər tərtibatçılar üçün virtual növbəyə yazılmaq imkan yaradılıb.

Kross platformalılığı nəzərdə tutan funksiya internet saytından smartfon və ya planşetdəki adi “Messenger” əlavəsinə keçid zamanı söhbətin tarixçəsinin və kontekstinin silinməsinə imkan vermir.

“Customer Chat Plugin”, həmçinin “Messenger” platformasının bütün mövcud imkanlarını, o cümlədən ödənişləri, müxtəlif kontentlə işi və s. dəstəkləyir.

loading...