Dünyanın ən məşhur mesajlaşma proqramı olan Watsapa iki yeni xüsusiyyət əlavə edilib. SİA-nın verdiyi məlumata görə, artıq Watsapda bir mesajı eyni zamanda bir neçə nəfərə göndərmək mümkün olacaq.

Bu formatda göndərilən mesajlar digər tərəfdə olan insanlara normal yazışmalar kimi görünəcək. Yəni yeni bir qrup yaratmadan bir bilgini eyni anda bir neçə nəfərlə bölüşmək olacaq. Hətta mesajları göndərmək istədiyiniz zaman daxil olduğunuz qrupları da siyahıya əlavə edə biləcəksiniz. Bu durumda eyni mətnin üzünü köçürüb digərlərinə göndərməyə də ehtiyac qalmayacaq.

Artıq “Android” sistemi istifadə edənlər yeni özəlllikdən yararlana bilər.

Watsapın daha bir yeniliyi isə nə zamansa atılan mesajları yaddaş ekranında axtarıb tapa bilməkdir. Bu özəllik gün keçdikdə telefonun yaddaşında daha çox yer tutan Watsapda olan bilgiləri rahatlıqla tapmağa imkan yaradır.

Müəllif: Ceyhun Rasimoğlu
loading...