Düz bir ildir səbirsizliklə gözlənilən funksiyanı WhatApp-da, nəhayət, tətbiq etmək mümkün olacaq. CNN xəbər verir ki, WhatsApp-ın yeni özəlliyi sayəsində səhvən göndərilən mesaj problemi artıq həlli yolunu tapıb. İstifadəçilərin maraqla gözlədiyi mesajın geri qaytarılması artıq mümkündür.

Dünənə kimi silinən mesajlar yalnız bizim telefonumuzda itirdi. Yeni özəllik sayəsində artıq mesaj bildirişi alan şəxslərin mesajları da silinəcək.

Məlumata görə, "Geri qaytar" funksiyası ilə mesajı geri qaytarmaq mümkündür artıq. Ancaq WhatsApp bu proses üçün vaxt məhdudiyyəti qoyub.

İstifadəçilərin göndərilən mesajı geri qaytarmağı üçün ən çox 5 dəqiqə vaxtı olacaq. Bu müddət keçərsə, mesajı geri qaytarmaq mümkün olmayacaq. İstəyinizə çatdığınızı "mesaj geri qaytarıldı" xəbərdarlığı ilə biləcəksiniz, eləcə də əksini.

Bütün xəbərlər Facebook səhifəmizdə