Bakcell developerlər üçün treninq təşkil edib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçıları olan developerlər üçün ikinci treninqi keçirib.

“Investor Relationship Development intensive” (İnvestorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə intensiv təlim) adlı treninqdə startaplarla investorlar arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsinin bütün aspektləri əhatə olunub.

İnvestisiyaların idarə olunması ilə bağlı ən vacib məqamlardan biri də investorla münasibətlərin düzgün qurulmasını bilməkdir. Son bir neçə ildə startap icmasında canlanma müşahidə olunmaqdadır və komandalar və layihələr investorlarla əlaqələr üzrə mütəxəssis və ya investorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə mütəxəssis kimi vəzifələrə namizəd axtarışındadırlar. Bu treninqdə iştirakçılara investorla ünsiyyətdə təbii təəssürat yaratmağın, məhsulun lazımi qaydada və uğurla təqdim edilməsi və iki dəqiqəlik qısa təqdimatın aparılması yolları (“lift təqdimatı” üsulu) öyrədilib.

“İndi mən müxtəlif cür investorların düşüncə tərzini, yanaşmalarını və davranışlarını daha yaxşı başa düşürəm. Ən azından, əgər mən indi liftdə potensial bir investorla qarşılaşsam, şübhəsiz ki, öz məhsulumu ona düzgün təqdim edə və onunla ilk lazım olan əlaqəni yarada biləcəm”, - deyə “Blutu” layihəsinin həmtəsisçisi Əhməd Xələfbəyli bildirib.

Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunub.

Qarşıda gələn aylar ərzində Bakcell şirkəti developerlər üçün piçinq, blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcək.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz

Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

loading...