Bu smartfonda inqilabi funksiya tətbiq ediləcək

“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək. Koreya Respublikası istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər.

Analitiklər istifadəçilərin displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklərinə əmindirlər. Onların fikrincə, “Samsung”, həmçinin gözün qüzehi qişasının tanınması daxil olmaqla, başqa biometrik autentifikasiya metodlarından istifadədən imtina etməyi planlaşdırmır.

Əvvəlki şayiələrə əsasən, avqustun 23-ü tarixində təqdim ediləcək “Samsung Galaxy Note 8” smartfonunda barmaq izləri skaneri arxa panelə quraşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə