“iPhone 8” modelində “ağıllı” kamera quraşdırılacaq

“iPhone 8” modelində “ağıllı” kamera quraşdırılacaq. Proqram tərtibatçısı Gelerme Rembo "iPhone 8" smartfonunun kamerası barədə yeni məlumatlar təqdim edib. O, interfeys kodunda sifətin və obyektlərin tanınmasına cavabdeh olan yeni "SmartCamera" funksiyasını aşkarlayıb. "iPhone" kamerası mənzərəni aşkarladıqdan sonra şəklin daha yaxşı çəkilməsi üçün ideal ekspozisiya, sürgü sürəti və digər parametrləri quraşdıracaq.

Qeyd edək ki, əksər "DSLR" kameralar müxtəlif tip şəkillər üçün xüsusi konfiqurasiyalara malikdir. "Apple" şirkətinin də oxşar addım atacağı gözlənilir. Bundan əlavə, kadrda hərəkət edən obyektləri tənzimləyən "freezeMotion" funksiyası sadalanır. "iPhone 8" kamerasının lazımi kadrları özü seçə biləcəyi qeyd edilir. Hazırkı "iPhone" modelləri obyektləri tanısa da, bunu yalnız "Foto" proqramında hazır şəkillərdə edə bilir. "iPhone 8" modelinin bunu real vaxt rejimində edə biləcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə