Mobil telefon bazarında durğunluq yaşanır

Bir zamanlar ən çox canlanma müşahidə edilən və aktiv olan mobil telefon bazarında durğunluq yaşanır. Müştərilər azaldığından bir çox telefonların qiymətində 10-20 faiz azalma müşahidə edilir. Ancaq buna baxmayaraq yenə də satışlarda nəzərəçarpacaq dərəcədə artım müşahidə edilmir. Eskpertlərin fikrincə, bu texnoloji cihazlara tələbatın azalmasının bir sıra səbəbləri var.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, mobil telefon bazarında satışların azalmasının əsas səbəblərindən biri əvvəlki kimi qiymətlərin ucuz olmamasıdır.

Bəzi mobil telefon şirkətlərinin filiallarının bir neçəsinin bağlanması da elə alıcı qıtlığı səbəbindən baş verib. Müştəri olmadığına görə mağazalar bağlanaraq öz satış şəbəkələrini azaldıblar. Mobil telefonların satışı sahəsində tanınmış şirkətlərdən biri isə mobil telefonların satışının azalmasını mövsümlə əlaqələndirib. Şirkətin marketinq bölməsindən verilən məlumata görə, insanların çoxu yayda istirahətə getdiyindən mobil telefona tələbat azalır. Mobil telefonların ən çox satıldığı aylar isə Yeni il və Novruz bayramı qabağıdır.

loading...