Hindistanda “iPhone” smartfonlarının istehsalı ilə məşğul olan Tayvanın “Wistron” şirkətinin baş direktoru Robert Hvanq “Apple” şirkətinin yeni smartfonu haqda bəzi şayiələri təsdiq edib. Bu haqda “Nikkei Asian Review” nəşri yazır.

R.Hvanq yeni “iPhone 8” smartfonunun sukeçirməz korpusla təchiz ediləcəyini deyib. Bundan başqa, o, cihazın simsiz enerjidoldurma sistemi ilə təchiz edilməsi ilə bağlı yayılmış şayiələri təsdiqləyib.

Məlumata görə, iPhone smartfonunun quraşdırma prosesi əvvəlki nəsillərlə müqayisədə çox dəyişməyib, hərçənd sukeçirməzlik və simsiz enerjidoldurma kimi yeni funksiyalar bir qədər başqa test tələb edir.

Yeni “iPhone” smartfonu 2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə