“Sivasspor” “Fənərbaxça”ya qalib gəlib, “Beşiktaş” evdə uduzub

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha üç görüş baş tutub.

“Qaziantep” doğma meydanda “Kayserispor”a 3 cavabsız qolla qalib gəlib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Fənərbaxça” lider “Sivasspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

İstanbulun digər təmsilçisi “Beşiktaş” da evdə “Yeni Malatyaspor”a uduzub.

Türkiyə Super Liqası
15-ci tur

13 dekabr

Alanyaspor – Antalyaspor 0:0

14 dekabr

Rizəspor – Kasımpaşa 0:3
Qol: Koyta, 17; 26. A.Kara, 90+1.

Gənclərbirliyi – Göztəpə 3:1
Qol: Stanku, 29; 67. Sio, 36 – Uolles, 34.

Qalatasaray – Ankaragücü 2:2
Qol: Fequli, 53. Belhanda, 83-pen – İ.Parlak, 87-pen. Kitsiu, 90+1.

15 dekabr

Qaziantep – Kayserispor 3:0
Qol: G.Vural, 62. Kayode, 72; 90+2.

Sivasspor – Fənərbaxça 3:1
Qol: Fernando, 32. E.Kılınc, 59. Z.Erdal, 90+6 – D.Turuç, 85.

Beşiktaş – Yeni Malatyaspor 0:2
Qol: Bifuma, 85. Yahoviç, 90+6-pen.

16 dekabr

21:00 Başakşəhər – Konyaspor
21:00 Trabzonspor – Dənizlispor

Bütün xəbərlər Facebook səhifəmizdə