Bu gün Azərbaycan və Almaniya kikboksçuları döyüşəcək

Bu gün Almaniyada Azərbaycan və Almaniya kikboksçuları qarşı-qarşıya gələcəklər. SİA-nın məlumatına görə, görüş Almaniyanın Duisburq şəhərində 14 dekabr 2019-cu il tarixində Azərbaycan vaxtı ilə saat 22:00-da başlayacaq. Tədbir Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Diaspor Komitəsinin dəstəyi ilə "Azərbaycan-Almaniya kikboksçularının peşəkar turniri" adı altında təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə