Türkiyə Superliqasının XV turuna heç-heçə ilə start verilib

Dekabrın 14-də Türkiyə Superliqasının XV turunda "Alanyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib.

SİA xəbər verir ki, oyunda qapılar toxunulmaz qalıb.

Turun digər oyunları dekabrın 14-15 və 16-da keçiriləcək.

Hazırda "Sivasspor" klubu 30 xalla vahid liderdir. "Beşiktaş" 27 xalla ikinci, "Trabzonspor" isə 26 xalla üçüncü pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə