Rüfət Dadaşov aktivinə daha bir qol yazıb

Almaniya 3-cü Bundesliqasında 19-cu tura start verilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Qeyd edək ki, Münster klubu 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə