İntizam Komitəsi danışılmış oyunlarda iştirak edənləri cəzalandırıb AFFA

Azərbaycan I Divizionunda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının üst-üstə 22 futbolçusu cəzalandırılıb. SİA-nın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Onlardan 14-ü "Ağsu"nun, 7-si "Turan"ın, 1-i isə "Zirə-2"nin üzvüdür. Daha 3 şəxs isə "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov, qapıçılar üzrə məşqçi Kənan Bayramov və klubun işçisi Ənvər Hacıyevdir.

Komandaların bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub:

“Turan Tovuz”

Qocayev Sənan – futbolçu
Rüstəmov Misir – futbolçu
Bağırov Emin – futbolçu
Sadıqov İlkin – futbolçu
Məmmədov Rüfət – futbolçu
Tağıyev Eltay – futbolçu
Quluzadə Şahin – futbolçu

“Ağsu”

Kərimov Rəşad – icraçı direktor
Bayramov Kənan – qapıçılar üzrə məşqçi
Hacıyev Ənvər – klubun işçisi
Əliyev Ramil – futbolçu
İbrahimov Vüsal – futbolçu
Əmrahov Qalib – futbolçu
Əliyev Elçin – futbolçu
Əliyev Məhəmməd – futbolçu
Həşənov Şamo – futbolçu
Mirzalıyev Ruslan – futbolçu
Quliyev Orxan – futbolçu
Rəhimov Fərrux – futbolçu
Həşimov Elçin – futbolçu
Babayev Malik – futbolçu
Kərimov Ramil – futbolçu
Mustafayev Vüsal – futbolçu
Məmmədov Kənan – futbolçu

“Zirə-2”

Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Bütün xəbərlər Facebook səhifəmizdə