İntizam Komitəsinin qərarları açıqlanıb

AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb. SİA-nın məlumatına görə, 03 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Flores Franco Valentin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

04 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Zirə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə “Zirə” klubu 800 manat cərimə olunur (maddə 60).

04 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Sumqayıt” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

08 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XIV turunun “Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3). Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 32.2).
Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “MOİK” – “Neftçi-2” matçının 77-ci dəqiqəsində “Neftçi” klubunun 44 №-li futbolçusu Seymur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).

09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Keşlə-2” – “Qaradağ Lökbatan” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Sahil Zeynalovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
“Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevin hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4).
“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).

09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Turan Tovuz” – “Zirə-2” matçının 90+2-ci dəqiqəsində “Zirə” klubunun 67 №-li futbolçusu Raul Musayevin kobud oyununa görə 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1).

09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Ağsu” – “Zaqatala” matçının 40-cı dəqiqəsində “Ağsu” klubunun 38 №-li futbolçusu Əliyev Məhəmmədin sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).

09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Sabah-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Sumqayıt-2” – “Səbail-2” matçında “Səbail-2” klubu matçı 10 dəqiqə gec başladığına görə klub 80 manat cərimə olunur (maddə 69.5).

08 dekabr 2019-cu il, Region Liqasının, “Şamaxı” – “Mil” FK matçının 55-ci dəqiqəsində “Şamaxı” klubunun 18 №-li futbolçusu Təmraz Əmircanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).
Oyunun 55-ci dəqiqəsində “Mil” FK klubunun 20 №-li futbolçusu Orxan Əliyevin kobud oynadığına görə 2 oyun cəzalanır (maddə 36.1).

08 dekabr 2019-cu il, Region Liqasının, “Şəki” – “Oğuz” matçının 34-cü dəqiqəsində “Oğuz” klubunun 17 №-li futbolçusu Samir Əliyev hakimə qarşı təhqiredici işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 90+2-ci dəqiqəsində “Oğuz” klubunun 14 №-li futbolçusu Elnur Qafarov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).

08 dekabr 2019-cu il, Region Liqasının, “Neftçala” – “Alyans” matçının 14-cü dəqiqəsində “Neftçala” klubunun 20 №-li futbolçusu Emil Tağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).
Oyunun 41-ci dəqiqəsində “Alyans” klubunun 7 №-li futbolçusu Kamran Abdullazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 86-cı dəqiqəsində “Alyans” klubunun 3 №-li futbolçusu Cəmil Rəhimli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

05 dekabr 2019-cu il, Region Liqasının, “Babək” – “Əlincə” matçında “Babək” klubunun 67 №-li futbolçusu Zaman Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

05 dekabr 2019-cu il, U-16 Liqasının, “İsgəndər Cavadov BFA” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 9 №-li futbolçusu Ruslan Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 68-ci dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Mübariz Hüseynzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 82-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 4 №-li futbolçusu Uğur Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

08 dekabr 2019-cu il, U-14 Liqasının, “Füzuli” – “Ağsu” matçının 55-ci dəqiqəsində “Füzuli” klubunun 23 №-li futbolçusu Etibar Hüseynzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

08 dekabr 2019-cu il, U-14 Liqasının, “Leon” FK – “Xətai” FK matçının 55-ci dəqiqəsində “Xətai” klubunun 7 №-li futbolçusu Miraqşin Abasovun sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

07 dekabr 2019-cu il, U-14 Liqasının, “Neftçi” PFK – “Səbail” FK matçının 70+3-cü dəqiqəsində “Səbail” klubunun 7 №-li futbolçusu Mirşahbaz Şahbazovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).

08 dekabr 2019-cu il, Coca Cola U-13 Liqasının, “Gəncə TİM” – “TİM Gəncə” matçının 19-cu dəqiqəsində “TİM Gəncə” klubunun baş məşqçisi Ceyhun Tanrıverdiyevin hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).

23 noyabr 2019-cu il, U-12 Liqasının, “Kəpəz” PFK – “Qoşqar UGİM-2” matçında “Qoşqar UGİM-2” komandası iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

08 dekabr 2019-cu il, U-12 Liqasının, “Fireland Football Club” – “Neftçi İK İB” matçında “Fireland” klubunun 10 №-li futbolçusu Okan Musalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

07 dekabr 2019-cu il, U-12 Liqasının, “Məhsul” – “UGİM” (Neftçala) matçının 36-cı dəqiqəsində “Məhsul” klubunun baş məşqçisi Elçin Əsgərov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).

07 dekabr 2019-cu il, U-12 Liqasının, “UGİM”(Xocavənd) – “Azəryol Bəhramtəpə” matçında UGİM klubunun lisenziyaları təqdim etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

08 dekabr 2019-cu il, U-12 Liqasının, “Təhsil” (Saatlı) – “Şirvan” matçının 24-cü dəqiqəsində “Təhsil” klubunun 11 №-li futbolçusu Kamal Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).

08 dekabr 2019-cu il, U-11 Liqasının, “Veqa” – “Əlincə” matçında “Əlincə” komandası iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

08 dekabr 2019-cu il, U-11 Liqasının, “Uğur” – “Ərgünəş” matçı başa çatdıqdan sonra “Ərgünəş” klubunun baş məşqçisi Firdovsi Mehralıyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).

30 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Balakən” – “Zaqatala” matçında “Zaqatala” komandasanın heyətində yetərsay limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

07 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Ajax Baku” – “Veqa” matçında “Veqa” komandasanın ikinci hissəyə çıxmadığına və komandası iştirak etməməsinə görə kluba texniki məğlubiyyət verilir, hesab olduğu kimi saxlanılır (0:17) (maddə 56).

08 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Zülfüqar” – “Zirvə” matçının 13-cü dəqiqəsində “Zülfüqar” klubunun 14 №-li futbolçusu Zaur Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

08 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Təbriz” – “Gənclik” matçının 30-cu dəqiqəsində “Gənclik” klubunun 99 №-li futbolçusu Şəhriyar Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

08 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Emin Spor” – “Baker Tilly” matçının 28-ci dəqiqəsində “Emin Spor” klubunun 22 №-li futbolçusu Bəhram Vahidli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

06 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Baku Fire-2” – “Rayyan” MFK matçının 22-ci dəqiqəsində “Baku Fire-2” klubunun 1 №-li futbolçusu Məlik Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

05 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Neftçi” İK – “Yasamal” İSK matçının 37-ci dəqiqəsində “Yasamal İSK” klubunun 9 №-li futbolçusu İbad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

05 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Xızı Futzal” – “Baku Fire” matçının 17-ci dəqiqəsində “Baku Fire” klubunun 7 №-li futbolçusu Rəvan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

05 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Marafon” – “EKOL” matçının 31-ci dəqiqəsində “Marafon” klubunun 10 №-li futbolçusu Seymur Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

02 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Record Club” – “Xızı Futzal” matçında “Xızı Futzal” komandası iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə