FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb. SİA-nın məlumatına görə, dekabrın 12-də Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək “Dinamo” – “Lugano” (İsveçrə) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim Orxan Məmmədov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə