AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək

Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.SİA-nın məlumatına görə, saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1.Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
2.Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
3.“Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
4.Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
5.AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
6.“Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi
7.AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
8.“Elit Məşq” kitabı ilə bağlı məlumat
9.AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
10.“Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
11.AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

Bütün xəbərlər Facebook səhifəmizdə