Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar bilinib

Dekabrın 5-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib. SİA-nın məlumatına görə, ikinci yarış günündə 191 sərbəst güləşçi mübarizə aparıb. Bütün çəkilərdə finalçılar müəyyənləşib, eləcə də təsəlliverici qarşılaşmalar keçirilib.

Dekabrın 6-ı axşam seansında baş tutacaq finallarda 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində çempionlar məlum olacaq.

Sərbəst güləşçilərdən qızıl medallar uğrunda mübarizədə Əfqan Xaşalov - Pərviz İbrahimov (57 kiloqram), Ruslan Qasımov - İntiqam Vəlizadə (61 kiloqram), Əhmədnəbi Qvarzatilov - Əli Rəhimzadə (65 kiloqram), Ağahüseyn Mustafayev - Gitinoməhəmməd Hacıyev (70 kiloqram), Hacımurad Ömərov - Coşqun Əzimov (74 kiloqram), Abubakr Abakarov - Rəşad Yusifli (79 kiloqram), Osman Nurməhəmmədov - İbrahim Yusubov (86 kiloqram), Şamil Zubairov - Kənan Əliyev (92 kiloqram), Nurməhəmməd Hacıyev - Sənan Əlizadə (97 kiloqram) və Aydın Əhmədov - Roman Bəkirov (130 kiloqram) qarşılaşmaları keçiriləcək.

Dekabrın 6-də sərbəst güləş üzrə əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə