Türkiyə millisinin baş məşqçisi Bakı Olimpiya Stadionunda olub

Bakıda səfərdə olan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakı Olimpiya Stadionunda (BOS) olub. SİA-nın məlumatına görə, 67 yaşlı mütəxəssis AVRO 2020-nin hazırlıq prosesi və stadionun vəziyyəti ilə maraqlanıb.

Arenada məşq keçən gənc futbolçularla və Əməliyyat Komitəsinin üzvləri ilə görüşən Ş.Günəş oyunçulara uğurlar arzulayıb. O, BOS-u ev stadionu kimi gördüyünü qeyd edib.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə