Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarının cədvəli bilinib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. SİA-nın məlumatına görə, dekabrın 15-16-da keçiriləcək matçların vaxtı və yeri müəyyənləşib.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

15 dekabr (şənbə)

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Zirə”
“ASCO Arena”, 17:00

16 dekabr (bazar)

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 19-20-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə