Azərbaycan Premyer Liqa təmsilçisi "Qəbələ"nin maddi vəziyyəti daha da pisləşib. Qol.az xəbər verir ki, uzun illər klubun sponsoru olmuş “Gilan Holdinq”in 2020-ci ilin yanvarın 1-dən kluba himayədarlığı dayandıracağı dəqiqləşib. Bu səbəbdən "Qəbələ"nin vəziyyəti qeyri-müəyyən olaraq qalır. Başqa iş adamları, o cümlədən AFFA tərəfdən kluba sponsorluq edilməyəcəyi bildirilir. Ona görə də klubun yanvarın 1-dən futbolçuların maaşını necə verəcəyi sual olaraq qalır.

Bütün bunlar o deməkdir ki, bu ay ərzində sponsor tapılmayacağı halda yanvarın 1-dən klun fəaliyətini dayandırdığını elan edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...