İdman gimnastlarımız “Barborka Cup 2019”da uğurla çıxış ediblər

Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə qadın idman gimnastikası üzrə təmsilçilərimiz Milana Minakovskaya, Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə iştirak ediblər.

Qızlar komandamızın hesabına 2 medal yazdırıblar. Gənclər yaş qrupunda çıxış edən M.Minakovskaya rəqiblərini geridə qoyaraq 48,634 balla çoxnövçülükdə qızıl medal qazanıb və fəxri kürsünün ilk pilləsinə yüksəlib. Bu yaş kateqoriyasında iştirak edən daha bir gimnast N.Teymurova isə yarışı 11-ci yerdə bitirib.

Daha bir medalı yeniyetmələr arasında çıxış edən M.Musayeva qazanıb. O, 52,267 balla çoxnövçülükdə üçüncü olub. Onunla eyni qrupda çıxış edən D.Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...