İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”ə məğlub olub

Türkiyə Super Liqasında XII tur başlayıb.

SİA xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edib. Matçda bir qol vurulub. İkinci hissənin sonlarında fərqlənən Qulbrandsen qonaqlara üç xal qazandırıb. Bu üç xal “Başakşəhər”in ən azı bir günlük liderliyə yüksəlməsi üçün yetərli olub.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...