Bu gün "Sumqayıt" "Qarabağ"la yarışacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə bir matç keçiriləcək. 6 qat ölkə çempionu "Qarabağ" "Kapital Bank Arena"da "Sumqayıt"ın qonağı olacaq.

Sumqayıt şəhərinin 70 illiyinə təsadüf edəcək görüş həm də iki komanda arasında yubiley qarşılaşması kimi tarixə düşəcək. Rəqiblər 30-cu dəfə üz-üzə gələcəklər. Əvvəlki 29 oyunun 22-də qonaqlar, 4-də isə meydan sahibləri meydanı 3 xalla tərk edib. Daha 3 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində Ağdam təmsilçisinin aşkar üstünlüyü var - 63:12. "Qarabağ" həmçinin rəqibini son 6 çempionat oyununda yenib və 16 matçdır məğlub olmur.

Hazırda Ağdam klubu 27 xalla birinci, "Gənclik şəhəri" təmsilçisi isə 14 xalla dördüncü pillədə qərarlaşıb. İlk dövrədəki oyunda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XII tur

22 noyabr

19:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Asif Əliyev

“Kapital Bank Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...