Komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək

Noyabrın 22-dən 24-dək sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova Fransanın Orlean şəhərində keçiriləcək Dünya Kubokunun mərhələ yarışında iştirak edəcək.

SİA-nın məlumatına görə, sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında mübarizə aparacaqlar.

Qeyd edək ki, komandamız ölkəmizi baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə