Üç gün öncə istefa verən Maradona baş məşqçi postuna qaytarılıb

Argentinalı futbol əfsanəsi Dieqo Maradona "Ximnasiya Esqrima" klubundakı fəaliyyətini davam etdirəcək. SİA xəbər verir ki, üç gün öncə istefa verən 59 yaşlı mütəxəssis baş məşqçi postuna qaytarılıb. Klub prezidenti Qabriel Pelleqrinonun növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyindən narahat olan D.Maradona rəhbərliklə narazılığı səbəbindən istefa vermişdi. Lakin bu posta namizədlər Mariano Kouen və Salvador Robustelli seçkilərdən öncə razılaşmaya gediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə