Kiyev "Dinamo"su 500 min cərimələndi

Ukrayna Futbol Assosiasiyası Premyer Liqanın 14-cü turunun "Şaxtyor" - "Dinamo" matçında (1:0) baş vermiş irqçilik hadisəsi ilə bağlı qərarını açıqlayıb. "Dinamo" biri şərti olmaqla iki oyunluq cəzalandırıb. Bundan başqa, Kiyev klubu 500 min qrivna (35 min manat) məbləğində cərimə olunub.

Xatırladaq ki, Xarkovdakı "Metallist" stadionunda keçirilən oyunun 74-cü dəqiqədə "Şaxtyor"un braziliyalı futbolçusu Tayson rəqib azarkeşlərinin irqçi şüarlarından sonra onlara orta barmağını göstərib və topu kənara vurub. Baş hakim bu hərəkətinə görə Taysona qırmızı vərəqə göstərib. O, isə meydanı göz yaşları ilə tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə