Jerar Pike: “Barselona” mənim həyatımdır

“Sonuncu komandam “Barselona” olacaq. Özümü başqa klubda təsəvvür edə bilmirəm. “Barselona” mənim həyatımdır". Bu sözləri "Barselona"nın futbolçusu Jerar Pike İspaniya mətbuatına açıqlamasında deyib.
32 yaşlı müdafiəçi gələcək karyerası haqda danışarkən "Barsa"dan ayrılmaq fikrində olmadığını bildirib: "Uşalıqdan bu komandanın bir parçası olmaq istəmişəm. Komanda üçün faydalı olduğumu hiss etsəm, “Baselona”da qalacağam. Bunu hiss etməsəm, butslarımı mismardan asacağam. Müqaviləm 2022-ci ildə başa çatacaq. Ümid edirəm ki, həmin vaxta qədər oynamağa gücüm qalacaq”.

Qeyd edək ki, Jerar Pike 2008-ci ildən “Barselona”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...