YAP GB və PFK veteranları arasında yoldaşlıq matçı olub

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə futbol üzrə yoldaşlıq görüşü keçirilib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri arasından təşkil olunmuş komanda ilə Peşəkar Futbol Klublarının veteranlarının yoldaşlıq matçı hər biri 20 dəqiqə oyun müddəti olan iki hissədən ibarət keçirildi. Oyun 4-5 hesabı ilə veteranların xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə