Karate-Do Akademiyası Milli Dirçəliş Gününü belə qeyd etdi - FOTO

Karate-Do Akademiyası 17 noyabr Azərbaycan Respublikasının Milli Dirçəliş gününə həsr edilən tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirə Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə start verilib.

Rəsmi çıxışlarla davam edən tədbirdə Bakı Karate-do Akademiyasının prezidenti, 3 qat dünya çempionu Vüsal Abdullazadə açılış nitqi ilə hər kəsi salamlayaraq idmançılara uğurlar diləyib.

Tədbirdə Bakı şəhər prokurorluğunun ədliyyə müşavir, BKA-nın fəxri prezidenti prokuror Məmməd Əliyev və Bakı şəhər Gənclər və İdman baş idarəsinin əməkdaşı Vəliyev Gündüz də çıxış edib.

Tədbirdə rəsmi nümayəndələrdən əlavə idman və medianın tanınmış simalar 9 qat dünya rekordçusu Pəhləvan Laçın, güləşçi Rəsul Cunayev və aktyor Elməddin Cəfərov iştirak edib və mükafata layiq görülüblər.

Tədbirdə yer alan sənətçi Şəmistan Əlizamanlı da öz gözəl mahnısı ilə canlı çıxış edərək hər kəsdə xoş ovqat yaradıb.

Yarışlardan sonra rəqs qrupunun çıxışı ilə tədbirə yekun vurulub.

Bakı Açıq çempionatında 40-a yaxın rayon və filial, klublardan 550-dən çox idmançı medal, diplom və kəmərlər uğurunda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...