Joze Mourinyonun transfer etmək istədiyi ilk oyunçu məlum olub

İngiltərənin "Tottenhem" klubuna baş məşqçi təyin olunan Joze Mourinyonun transfer istəyi məlum olub. SİA xəbər verir ki , portuqaliyalının London klubunda görmək istədiyi ilk oyunçu Qaret Beyldir. Mütəxəssis İspaniya "Real"ında işləri yaxşı getməyən Uels yığmasının ulduzunun transferini artıq bu qışda reallaşmasını istəyir. Qeyd edək ki, Q.Beyl 2007-13-cü illərdə "Tottenhem"də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə