AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının şərəfini 26 futbolçu qoruyub.

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsini uğursuzluqla başa vurub.

SİA "apasport.az" saytına istinadən xəbər verir ki, keçirdiyi 8 oyunda cəmi 1 xal toplayan yığmanın şərəfini tsikl ərzində 26 futbolçu qoruyub.

Martda başlayıb, noyabrda başa çatan seçmə mərhələnin qarşılaşmalarında baş məşqçi Nikola Yurçeviç bu qədər oyunçuya güvənib. Bu oyunçulardan yalnız ikisi tsiklin bütün matçlarında meydana çıxıb.

Ramil Şeydayev millinin yeganə əvəzolunmaz simasıdır. Hücumçu 8 görüşün hamısında 90 dəqiqə meydanda olub. Bütün oyunların iştirak edən Qara Qarayev isə dəqiqə baxımından geri qalır. Şəhriyar Rəhimov isə mərhələnin 7 matçında meydana çıxıb.

Bu heyətdə iki qapıçı var ki, onların hərəsi 4 oyunda şans qazanıb. Səlahət Ağayev 12, Emil Balayev 6 qol buraxıb.

Cəmi 5 qol vuran millinin bombardirləri Mahir Emreli ilə Ramil Şeydayevdir. Onlar hərəyə 2 dəfə fərqləniblər. Bir qol isə Təmkin Xəlilzadənin hesabındadır.

Tsikl ərzində qırmızı vərəqə almayan futbolçularımız 24 xəbərdarlıqla cəzalanıb. Dmitri Nazarov hamıdan çox – üç dəfə önündə sarı vərəqə görüb.

Qeyd edək ki, yığmanın oyunlarında 1 avtoqol vurulub. Pavel Paşayev Uelslə görüşdə öz qapımızı nişan alıb.

futbolçu

O

D

Q

V (Q)

Ramil Şeydayev

8

720

2

1

Qara Qarayev

8

718

0

1

Şəhriyar Rəhimov

7

613

0

2

Bədavi Hüseynov

6

540

0

1

Anton Krivotsyuk

6

477

0

3

Riçard Almeyda

6

469

0

1

Bəhlul Mustafazadə

5

450

0

1

Maksim Medvedev

5

450

0

3

Dmitri Nazarov

5

401

0

4

Mahir Emreli

5

373

2

0

Araz Abdullayev

5

233

0

0

Ağabala Ramazanov

5

206

0

0

Təmkin Xəlilzadə

5

191

1

2

Emil Balayev

4

360

-6

0

Səlahət Ağayev

4

360

-12

0

Pavel Paşayev

4

315

0

0

Cavid Hüseynov

4

171

0

3

Renat Dadaşov

4

77

0

0

Eddi İsrafilov

3

225

0

2

Rəşad Eyyubov

3

102

0

0

Emin Mahmudov

3

58

0

0

Rahil Məmmədov

2

180

0

0

Rüfət Dadaşov

2

6

0

0

Abbas Hüseynov

1

90

0

0

Vüsal İsgəndərli

1

90

0

0

Elvin Camalov

1

45

0

0

O – oyun, D – dəqiqə, Q – qol, V – vərəqə, Q – qırmızı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...