Avro-2020-nin səbətləri açıqlandı

UEFA Avro-2020-nin final mərhələsinin püşkü üçün səbətləri açıqlayıb. Qurumun rəsmi saytında yer alan məlumatda deyilir ki, Türkiyə millisi üçüncü səbətdə yer alıb:

Birinci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

İkinci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya

Üçüncü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

Dördüncü səbət: Uels, Finlandiya, A, B, C, D yolunda pley-offun qalibləri

Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-u Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...