AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb

AFFA-nın İntizam Komitəsinin müxtəlif Liqalarda keçirilən oyunlar barəsində qərarları açıqlanıb. SİA-nın məlumatına görə, qərarlara əsasən, 17 noyabr 2019-cu il tarixində Region Liqasında keçirilən “Mil” (Beyləqan) – “Araz” (Saatlı) oyununda “Araz” (Saatlı) komandasının heyətində N7 futbolçu Asim Kərimov qarşılaşmanın 52-ci dəqiqəsində rəqibə qarşı aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq kənarlaşdırılır. (Maddə 37) Qarşılaşmanın 57-ci dəqiqəsində “Araz” (Saatlı) komandasının heyətində N4 futbolçu Tural Həsənov bilərəkdən əli ilə oynadığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

17 noyabr 2019-cu il tarixində Region Liqasında keçirilən “Ümid” (Cəlilabad) – “Neftçala” FK oyununda “Neftçala” FK komandasının heyətində N17 futbolçu Elmir Məlikov qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
17 noyabr 2019-cu il tarixində Region Liqasında keçirilən “Şahdağ” (Quba) – “Qusar” FK oyununda “Şahdağ” (Quba) komandasının heyətində N19 futbolçu Nurlan İsgəndərov qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
13 noyabr 2019-cu il tarixində Gənclər Liqasında keçirilən “Zirə” – “Sabah” oyununda “Sabah” komandasının heyətində N96 futbolçu Hüseyn Əliyev qarşılaşmanın 85-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
13 noyabr 2019-cu il tarixində Gənclər Liqasında keçirilən “Qarabağ” – “Qəbələ” oyununda “Qəbələ” komandasının heyətində N14 futbolçu Xəyal Muradov qarşılaşmanın 89-cu dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37).
17 noyabr 2019-cu il tarixində Bakcell U-17 Liqasında keçirilən “Keşlə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının heyətində N23 futbolçu Röyal Əhmədov qarşılaşmanın 80-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
16 noyabr 2019-cu il tarixində Bakcell U-17 Liqasında keçirilən “Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasının heyətində N44 futbolçu Rüfət Abbasov qarşılaşmanın 74-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Final fitindən sonra “Neftçi” komandasının N6 futbolçusu Hüseyn Babayev qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandığı üçün 1 oyun cəzalanır (maddə 47).
16 noyabr 2019-cu il tarixində Bakcell U-17 Liqasında keçirilən “Tufan” – “Xəzər Lənkəran” oyununda “Tufan” komandasının heyətində N22 futbolçu Mircəlal Abbasov oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
17 noyabr 2019-cu il tarixində Boulevard Hotel U-15 Liqasında keçirilən “Kəpəz” – “Binə” oyununda “Kəpəz” komandasının heyətində N11 futbolçu Əmir Qasımov qarşılaşmanın 63-cü dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
16 noyabr 2019-cu il tarixində Coca-Cola U-13 Liqasında keçirilən “Sahil Futbol Akademiyası” – “Zirə” oyununda “Sahil Futbol Akademiyası” komandasının heyətində N7 futbolçu İslam Məmmədov qarşılaşmanın 27-ci dəqiqəsində rəqibi aşkar vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
9 noyabr 2019-ci il tarixində U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Qələmçə” –“Gülül” oyunu “Gülül” komandasında oyunçu sayı düz olmadığına görə keçirilmədiyi üçün “Gülül” komandasına 0-3 hesablı texniki məğlubiyyətverilir (maddə 55.1).
17 noyabr 2019-ci il tarixində U-12 Liqasında keçirilən “Fireland Football Club” –“Haralar” FK oyununda “Haralar” FK komandasının heyətində N14 futbolçu Telman Sadıqov qarşılaşmanın 16-cı dəqiqəsində rəqibi aşkar vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
2 noyabr 2019-cu il tarixində U-12 Liqasında keçirilməsi nəzərdə tutulan UGİM (Goranboy) – UGİM (Naftalan) oyunu UGİM (Naftalan) komandası təyin olunan vaxtda gəlmədiyi üçün oyunun baş tutmayıb. Bu səbəbdən UGİM Naftalan komandasına 0-3 hesablı texniki məğlubiyyət verilir (maddə 55).
17 noyabr 2019-cu il tarixində U-11 Liqasında keçirilən “Təbriz” TİM (Gəncə) – “Çinar” UGFHK oyununundan sonra “Təbriz” TİM komandasında protokolda adı qeyd edilməyən oyunçu aşkar olunduğu üçün “Təbriz” TİM komandasına 0-3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1)
16 noyabr 2019-cu il tarixində U-10 Liqasında keçirilməsi nəzərdə tutulan UGİM Ulduz (Mingəçevir) – UGİM (Naftalan) oyunu UGİM (Naftalan) komandası təyin olunan vaxtda gəlmədiyi üçün oyun baş tutmayıb. Bu səbəbdən UGİM (Naftalan) komandasına 0-3 hesablı texniki məğlubiyyət verilir (maddə 55)
16 noyabr 2019-cu il tarixdə U-13 Qızlar Liqasında “Gənclik” – “Qəbələ” oyununda “Gənclik” komandası oyuna çıxmaqdan imtina etdiyi üçün “Gənclik” komandasına 0-3 hesablı texniki məğlubiyyət verilir (maddə 55).
Futzal üzrə Yüksək Liqada 13 noyabrda keçirilmiş “Neftçi” İK – “Araz” oyununda “Neftçi” klubunun futzalçısı Rüfət Balakişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3)
Futzal üzrə İkinci Liqada noyabrın 17-də “Star karqo-2” – “Timsport” oyununda “Timsport” komandası təyin olan vaxtda meydana çıxmadığı üçün “Timsport” klubuna 0-5 hesablı texniki məğlubiyyət verilir (maddə 55).
Futzal üzrə Birinci Liqada 15 noyabrda keçirilmiş “Baku Fans” – “Çinar Cəbrayıl” oyununda “Baku Fans”da Saleh Əzizov son ümid fouluna görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Futzal üzrə Birinci Liqada 16 noyabrda keçirilən “Qarabağ Füzuli” – “Metropoliten” oyununda “Metropoliten” klubunun üzvü Teymur Nəsibov ikinci sarı – qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda “Baku Fans”ın üzvü Eldost Paşayev rəqibi ayaqla bilərəkdən vurduğuna görə, hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alıb meydançadan kənarlaşdırıldığı üçün 10 oyun cəzalandırılır (maddə 37.8).
Futzal üzrə Birinci Liqada 15 noyabrda keçirilməli olan “Veqa” – “Forza Neftçi” oyunu “Veqa” komandası təyin olunmuş vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Buna görə kluba 0-5 hesablı texniki məğlubiyyət verilir (maddə 55).
Yüksək Liqada 13 noyabrda keçirilən “Premier” (Quba) – “Yasamal” İSK oyununda “Yasamal” İSK-nın üzvü Kamran Nəcəfzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 37.4).
Yüksək Liqada 13 noyabrda keçirilən “Record club” – “Baku Fire” oyununda “Record club”un oyunçusu Mehran Məsumikian rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...