“Xocalı” futbol klubu fəaliyyət göstərəcək

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.

SİA-nın məlumatına görə, yeni klub "Xocalı" adlanacaq.

Bununla bağlı klubun, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər.

“Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında "Xocalı" adını layiqincə qorumaqdır. Klub hazırda Masazırdakı stadionda məşq edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə