Azərbaycanda yeni voleybol komandası yaradılıb

2019/2020 mövsümündə qadın voleybolçular arasında Super Liqada “Mübariz” adlı yeni komanda çıxış edəcək.

SİA-nın məlumatına görə, komanda artıq formalaşıb. Türkiyəli Adnan Kistakın rəhbərlik edəcəyi kollektiv bu gün yoxlama matçı da keçirib. “Mübariz” Voleybol Mərkəzində “Lokomotiv”lə qarşılaşıb.

Görüş daha təcrübəlilərdən təşkil olunan “dəmiryolçular” üçün asan alınıb və onlar 3:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, hələlik Azərbaycan çempionatının başlayacağı tarix dəqiqləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...