"Sumqayıt" - "Qarabağ" oyunu öncəsi musiqili tədbir keçiriləcək

Noyabrın 22-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunundan əvvəl “Kapital Bank Arena” musiqili proqramı təşkil olunacaq.

SİA-nın məlumatına görə, bu, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində reallaşacaq.

Oyununun başlama saatından 19:00-dan 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təqdim ediləcək. Giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...